Superdövlətin ikinci şəxsi regionun birinci ölkəsində- ÖZƏL
11 Fevral 11:14 Siyasət"ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri fonunda geosiyasi üfüqlər aydın görünür. Reallıq budur ki, Vaşinqtonun regiona yeni strateji baxışı var". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib: "Birləşmiş Ştatlar yeni geosiyasi arxitekturanın yarandığı bölgədə daha fəal olmağa çalışır. Bunun yolu isə regionun diplomatiya paytaxtı Bakı ilə səmərəli təmaslardan və fəal dialoqdan keçir. Bu yanaşma qlobal siyasətə ciddi təsir edən regional proseslərin Azərbaycanın aparıcı mövqeyi fonunda cərəyan etdiyini təsdiqləyir.
Ağ Evin ikinci şəxsinin Cənubi Qafqazın birinci dövlətinə səfəri həm reallığın diktəsi, həm də konkret mesajdır: bu, yeni dünya nizamında Azərbaycanın mühüm yer tutduğunu və vacib rol oynayacağını, Birləşmiş Ştatların hazırkı siyasətində və gələcək geostrateji planlarında ölkəmizlə əməkdaşlığın prioritet olduğunu ifadə edir".