Bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq - ABŞ-ın Vitse-prezidenti

Bu, ABŞ-ın xarici siyasətində də özünü göstərir - biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək.

Olaylar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək: "Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir. Biz bunu icra edirik və çalışıq belə tədbirlər keçirməklə bir-birimizə yardımçı olaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31