Vens qondarma soyqırımla bağlı paylaşımını sildi - FOTO

 

 
  •  
  •  
  •  
  •  

ABŞ-ın vitse-prezidenti Cey Di Vens sosial şəbəkə X-də "erməni soyqırımı" abidəsini ziyarəti ilə bağlı paylaşımını silib.

Silinən paylaşımda qondarma soyqırıma xitabən iki dəfə "erməni soyqırımı" ifadəsindən istifadə olunmuşdu.

Məlumata görə, paylaşım bir neçə saat ərzində sosial şəbəkədə qaldıqdan sonra götürülüb. Daha sonra vitse-prezidentin mətbuat katibi Teylor Van Kirk memorial kompleksə səfərlə bağlı neytral məzmunlu açıqlama paylaşıb və həmin mətndə mübahisəli ifadələr yer almayıb.

Musavat.com

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31