Ağ Evdən İsrailə "İordan" xəbərdarlığı: İlhaq cəhdləri qəbulolunmazdır – ÖZƏL

Ağ Ev İsrailin İordan çayının qərb sahilində nəzarəti genişləndirmək addımlarından ciddi narahatlıq keçirir.

Olaylar.az xəbər verir ki, "Axios" portalının müxbiri Barak Ravid ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirib ki, Vaşinqton bu bölgənin faktiki ilhaqına (anneksiyasına) gətirib çıxara biləcək hər hansı fəaliyyətə kəskin etiraz edir.

Mənbə qeyd edib ki, İordan çayının qərb sahilində sabitliyin qorunması həm İsrailin təhlükəsizliyi, həm də regionda ümumi sülhün əldə olunması baxımından kritik əhəmiyyət kəsb edir. ABŞ tərəfi hesab edir ki, birtərəfli addımlar sülh prosesinə zərbə vurur.

Məsələ ilə bağlı təkcə ABŞ deyil, regionun aparıcı ölkələri də vahid mövqe nümayiş etdiriblər. Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistanın Xarici İşlər nazirləri birgə bəyanatla İsrailin siyasətini pisləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31