İran XİN: “Tehran nüvə danışıqlarının formatını dəyişmir” – ÖZƏL

İranın Xarici İşlər Nazirliyi rəsmi Vaşinqtonla nüvə proqramı ətrafında yaranmış ixtilafların həlli üzrə aparılan danışıqların formatını dəyişmək niyyətində deyil. 

Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmail Bəqai məlumat verib.

"Biz hələlik ABŞ ilə nüvə mövzusunda aparılan danışıqların formatını və tərəflərin rollarını dəyişməyi planlaşdırmırıq", - deyə Bəqai bildirib. Diplomatın sözlərinə görə, növbəti raundların vaxtı və yeri barədə razılıq əldə olunarsa, müzakirələr mövcud formatda davam etdiriləcək.

Xatırladaq ki, ötən cümə günü Maskatda ABŞ və İran nümayəndə heyətləri arasında görüş keçirilib. ABŞ Prezidenti Donald Tramp danışıqların uğurlu keçdiyini və həftə ərzində davam edəcəyini bəyan edib. İrandakı məlumatlı mənbələr isə tərəflər arasındakı yüksək etimadsızlıq mühitinə rəğmən, görüşün müsbət atmosferdə keçdiyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31