Azərbaycan xarici siyasətində sülh və əməkdaşlıq üstünlük təşkil edir- ÖZƏL

"Azərbaycan son illərdə qütbləşən beynəlxalq mühitdə yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dialoq, təhlükəsizlik və qarşılıqlı etimada əsaslanır. BƏƏ ilə münasibətlərin dərinləşməsi də bu strategiyanın mühüm tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri Hidayət Səmədov deyib: "Azərbaycan regional və qlobal səviyyədə sülh çağırışları ilə diqqət mərkəzindədir. Ölkəmizin təşəbbüsü ilə aparılan danışıqlar Cənubi Qafqazda dayanıqlı sabitliyin formalaşmasına xidmət edir.
Ermənistanla keçirilən görüşlər, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi sülh prosesinin praktik mərhələyə keçdiyini göstərir. Azərbaycanın addımları yalnız siyasi bəyanatlarla məhdudlaşmır, real layihələr və əməkdaşlıq mexanizmləri ilə müşayiət olunur. Ölkəmiz hər zaman sülhə hazır olduğunu konkret addımlarla sübut edir. Azərbaycan beynəlxalq hüquqa söykənən mövqeyi ilə regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasına çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31