ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı ÇAĞIRIŞ

ABŞ Dövlət Departamenti İranın insan haqları müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədiyə yeni həbs cəzası verməsini pisləyib.

Milli.Az xəbər verir ki, departament bildirib ki, Məhəmmədi vəkilə çıxış imkanı olmadan saxlanılıb və məhkəmə prosesi ədalətli mühakimə standartlarına cavab verməyib.

ABŞ İranı Məhəmmədini dərhal azad etməyə çağırıb.

Qeyd edək ki, İran məhkəməsi ona əlavə 7 il həbs, 2 il ölkədən çıxış qadağası və 2 il daxili sürgün cəzası verib.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib. Məhəmmədi son olaraq ötən il dekabrın 12-də iranlı hüquq müdafiəçisi, vəkil Xosrov Əlikordinin anım mərasimində saxlanılıb, bu ilin fevralın 2-də isə aclıq aksiyasına başlayıb.  O, "qadınlara qarşı zorakılıqla mübarizəsinə", eləcə də "hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə" görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31