Cey Di Vensin səfəri ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir - Səfirlik
18:57 SiyasətBu həftə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycana səfər edəcək. Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
"Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır", - deyə səfirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31