Balanslı və prinsipial xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirib- ÖZƏL

"Ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu, balanslı və prinsipial xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradıb. Sülhə, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan bu siyasət Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə fəal iştirakını təmin edir. Məhz bu kontekstdə cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində iştirakı və çıxışı xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib:"Nüfuzlu beynəlxalq tədbirdə çıxış edən Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın bəşəri dəyərlərin, sülhün və xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqində mühüm rol oynadığını bildirib. Dövlətimizin başçısı mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanizm, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində misilsiz xidmətlərini xüsusi vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Şeyx Zayedin irsi bu gün də dünya üçün nümunədir və onun əsasını qoyduğu insan qardaşlığı ideyaları müasir dövrdə artan qlobal çağırışlar fonunda daha da актуal xarakter alır. Dövlətimizin başçısı vurğulayıb ki, bu dəyərlər yalnız ayrı-ayrı regionlar üçün deyil, bütün bəşəriyyət üçün ümumi mənəvi dayaq rolunu oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31