Azərbaycan bütün dünyaya multikulturalizm modelini təqdir edir- ÖZƏL

"Azərbaycan sülhə, birliyə, əməkdaşlığa çağırışları ilə hər zaman diqqətdədir. Ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələr davamlıdır. Ümumilikdə multikulturalizm Azərbaycan cəmiyyətinin  həyat tərzidir. Ölkəmizin zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir". "Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun  məkanı edib. Azərbaycanda bu gün həmin mədəni,  etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış  nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Hazırda bütün dünyaya Azərbaycan multikulturalizm modelini təqdir edir.  Dövlətimizin başçısı İlham Əliyevin sözügedən ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin beynəlxalq ictimaiyyətə təqdim olunması deməkdir. Təqdimolunma mərasimindəki çıxışlarda  bu reallıq bir daha diqqətə çatdırıldı ki, dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. İstənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq əsasında siyasi və diplomatik vasitələrlə həllinə çağırışlar edildi. Bildirildi ki, bu gün  xalqlarımızın  ümumi əmin-amanlığını və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir. Bu əminlik də ifadə edildi ki, bu cür nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31