Ermənistan məhkəməsindən daha bir təxribatçı addım- ÖZƏL

"Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin şahramanyanların, yəni "miatsumçu" rejimin "özlərini buraxmasının" güc tətbiqi və ya təhdid altında baş verdiyini və buna görə də onun hüquqi qüvvə daşımaması haqda qərarını, çox haqlı olaraq, sülh gündəliyinə uyğun gəlməyən təxribatçı addım kimi qiymətləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alyev deyib: "Azərbaycan torpaqlarının bir hissəsinin özlərininki kimi təsbit olunduğu bəndin Ermənistan Konstitusiyasından çıxarılmasını nədən qətiyyətlə tələb etdiyimiz indi aydındırmı? İndi aydındırmı ki, bu, sülh anlaşmasının imzalanması vaxtını uzatmaq üçün yox, Ermənistanda kimin tapşırığı ilə nə qərar çıxaracaqları bəlli olmayanlara fürsət verməmək üçündür.
Ermənistan məhkəməsi doğrudan da ədalət prinsipindən çıxış edir və təzyiq altında qəbul olunan qərarlara qarşıdırsa, onda ilk növbədə İrəvanın onlara verilməsinin qanunsuz olduğunu bildirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31