Zəngəzur dəhlizi üzərindən geosiyasi seçim: Ermənistan Qərbi seçir, Rusiya kənarda qalır- ÖZƏL 

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP layihəsinə qoşula bilməsi ehtimalını şərh edib.
Simonyan belə imkanı təsdiqləyə bilməyəcəyini deyib və bəyan edib ki, Rusiyanın TRİPP-də iştirakı absurddur: "Çünki TRIPP ilk növbədə erməni-amerikan təşəbbüsüdür. Əgər biz marşrut və ya yolun açılmasından danışırıqsa, o zaman, fikrimcə, bu, ayrıca təşəbbüs kimi çərçivəyə salınmalıdır".
Mövzu ilə bağlı politoloq Fuad Heydər Olaylar.az-a açıqlama verib: 
" Tramp marşrutu-Zəngəzur dəhlizi haqqında öncə qeyd etmək istərdim ki, Ermənistan parlamentinin sədrinin çıxışı "Ermənistan təşəbbüsü" olaraq qeyd edilməsi bir az absurd yanaşmadır.
Çünki bu, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin başlıca "Zəngəzur dəhlizi layihəsi" və "Zəngəzur dəhlizi" xətti üzərindəki olan bir çıxışdır. Təbii ki, icra mexanizmi Amerika tərəfindən Ermənistanın ərazi hissəsinin icarəyə verilməsi ilə başlanmışdır. İlk fikrimi bu istiqamətdə bildirmək istəyirəm.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, Ermənistan-Amerika münasibətlərində TRIPP dəhlizi xəttinə Rusiyanın qoşulması birincisi absurddur, ikincisi isə bu prosesdə heç bir halda iştirak edə bilməz. Rusiya böyük güc olsa da, bu TRIPP layihəsində, Zəngəzur dəhlizində heç bir mexanizm yarada bilməz. Çünki Rusiya 30 il ərzində bölgədə sülh prosesini həll edə bilməyibsə, Zəngəzur dəhlizinə, yəni Tramp dəhlizinə qoşulması həm absurd, həm də gülünc yanaşmadır. Bu həm də Ermənistanın son dövrlərdə Rusiyaya qarşı çıxmasını göstərir, eyni zamanda Rusiyanın artıq böyük güc olmadığını göstərməsi, Qərb tərəfə meyilləndiyini, Rusiyadan imtina etməsi birmənalı şəkildədir. Təbii ki, bu da regionda Rusiyanın öz gücünü göstərmək üçün Ermənistanı nüfuz edə biləcəyi anlamına gəlir, amma qarşıda Amerika var. Amerika faktoru, yəni, Donald Tramp faktoru var. Trampın Ermənistana göstərdiyi diqqət və sülh məsələsi var. 
Rusiyanın burada hücum mexanizmi ilə hərəkət etməsi böyük problemlərlə qarşılaşdıra bilər. Müharibə ehtimalı ola bilər, amma düşünmürəm ki, Rusiya Ermənistana qarşı iki müharibəyə başlaya bilər, çünki qarşısında daha böyük problem-Ukrayna müharibəsi var və Rusiya artıq illərdir ki, bu müharibədə nəticə əldə edə bilməyib.
Qeyd etmək olar ki, TRIPP  prosesi geniş şəkildə başlanmış bir layihədir və bu prosesdə Rusiya heç bir halda iştirak edə bilməz. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəldikdən sonra sülhməramlılar dəvət olundu və bu prosesdə Rusiya yaxından iştirak etdi. Lakin sülh məramlılarla iş prosesi bitdikdən sonra,  onlar Azərbaycan ərazisini tərk etdilər.  Rusiya bu prosesdə irəli gedə və TRIPP layihəsinə qoşula bilməz. Amma bir faktor var: layihənin rəhbəri və mexanizmi Donald Tramp olduğu üçün, yolun nizamlanması Amerika tərəfindən həyata keçirildiyi üçün, əgər ABŞ istəsə, Rusiya dəvət olunsa,  iştirak edə bilər. Amma Ermənistan və Azərbaycan tərəfindən dəvət istənilən halda gözlənilmir. Əgər tərəflərin dəvəti olmadan Rusiya bu prosesə daxil olsa, burbaşa olaraq Rusiya Amerikaya müharibə elan etmiş olar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31