Regionda formalaşan təhlükəsizlik arxitekturası beynəlxalq dəstək alıb- ÖZƏL
14:23 Siyasət"Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafata layiq görülmək liderin fəaliyyətinə verilən böyük etimadın göstəricisidir. Bu mükafat tolerantlıq, qarşılıqlı hörmət, dinlər və mədəniyyətlər arasında anlaşma kimi ümumbəşəri dəyərləri təşviq edən şəxslərə təqdim olunur. Prezident İlham Əliyevin həmin mükafata layiq görülməsi həyata keçirilən siyasətin yalnız milli maraqlara deyil, həm də qlobal sabitlik və həmrəyliyə xidmət etdiyini bir daha nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Azərbaycan Prezidentinin Prezident İlham Əliyevin Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimdəki çıxışının əsas xəttini regional sülh prosesi təşkil edir. Onilliklər boyu davam edən müharibə şəraitindən sonra ölkəmizin yeni mərhələyə qədəm qoyması tarixi hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısının "Biz sülh şəraitində yaşamağı öyrənirik" fikri əslində bütöv bir xalqın psixoloji və siyasi transformasiyasını ifadə edir.
Vaşinqtonda keçirilmiş Zirvə Görüşündən sonra ötən altı ayın tərəfdaşlıq və əməkdaşlıq mərhələsi kimi xarakterizə edilməsi regionda real dəyişikliklərin baş verdiyini göstərir. Sülh sazişinin paraflanması, qarşılıqlı addımların atılması, nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması artıq praktiki nəticələrin əldə olunduğunu təsdiqləyir. Dövlətimizin başçısı bu prosesdə beynəlxalq tərəfdaşların, xüsusilə ABŞ administrasiyasının vasitəçiliyini də qeyd edib. Bu amillər göstərir ki, regionda formalaşan yeni təhlükəsizlik arxitekturası geniş beynəlxalq dəstəyə malikdir.
Diqqət çəkən məqamlardan biri odur ki, əməkdaşlıq artıq iqtisadi və humanitar müstəvidə konkret addımlarla müşayiət olunur. Yük daşımalarının bərpası, enerji məhsullarının ixracı, ticarət əlaqələrinin genişləndirilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Həmin yanaşmaya əsasən, dayanıqlı sülh yalnız diplomatik sənədlərlə deyil, real iqtisadi inteqrasiya və qarşılıqlı fayda üzərində qurulur. Məhz bu model uzunmüddətli sabitliyin əsas təminatıdır".