Kuba Prezidenti ABŞ-yə xəbərdarlıq etdi: "Hücumun bədəli ağır olacaq" – ÖZƏL
10:47 SiyasətOlaylar.az xəbər verir ki, Kuba Prezidenti və Milli Müdafiə Şurasının sədri Migel Dias-Kanel Bermudes ölkədə keçirilən hərbi təlimlər zamanı mühüm bəyanatlarla çıxış edib.
Dövlət başçısı bildirib ki, ABŞ-nin Kubaya qarşı mümkün hərbi müdaxiləsi Vaşinqton üçün çox baha başa gələcək.
Dias-Kanelin sözlərinə görə, təcavüzdən qaçmağın ən yaxşı yolu hərbi hazırlıq səviyyəsini yüksəltməkdir. Bu, "imperialist qüvvələri" hücumun gətirəcəyi itkiləri öncədən hesablamağa məcbur edir.
Milli Müdafiə Günü münasibətilə tank bölmələrini ziyarət edən Kuba lideri, müxtəlif silah növlərinin tətbiqi ilə keçirilən taktiki təlimləri izləyib.
Təlimlər zamanı bölmələrin şərti düşmənə qarşı döyüş şəraitində birgə fəaliyyəti və ölkənin ərazi bütövlüyünü qorumaq əzmi nümayiş etdirilib.
"Bizim hazırlığımız birbaşa təcavüzkarın ödəyəcəyi bədəllə mütənasibdir," - deyə Dias-Kanel "Caribe" telekanalı vasitəsilə xalqa müraciətində bildirib.