İran və Azərbaycan arasında kommunikasiyalar genişlənir
19:10 Siyasət30 il bundan öncə biz azərbaycanlı qardaşlarımız üçün Araz dəhlizini yaratmışdıq.
Olaylar.az xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.
O qeyd edib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüklərinə hörmətlə yanaşırıq.
"Azərbaycan rəsmiləri hər zaman bizdən Araz dəhlizi barəsində soruşurlar. Biz oradakı avtomobil yolunu genişləndirərək dörd zolaqlı edəcik. Ümid edirik ki, Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik və bu kommunikasiyalar iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək", - İran rəsmisi əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31