Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəfdaşıyıq -Vəhid Cəlalzadə

İkinci Qarabağ müharibəsində biz azərbaycanlı qardaşlarımızın yanında olmuşuq.

Olaylar.az xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.

"Ali Lider Əli Xamenei də bildirib ki, Qarabağ Azərbaycan torpağıdır. İkinci Qarabağ müharibəsi dövründə bizim parlamentdə bəyanat qəbul edildi.

Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəfdaşı olduğumuzu bildirdik.

Azərbaycan və Ermənistan arasında iki ölkənin milli mənafelərinə uyğun iqtisadi əlaqələrin qurulmasının tərəfdaşı olmuşuq", o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31