Uğurların təməlində Prezident İlham Əliyevin zəngin təcrübəsi dayanır- ÖZƏL

"Bu gün təsdiq olunan fakt ondan ibarətdir ki, Azərbaycan beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə, tərəfdaşa çevrilib. 44 günlük Vətən Müharibəsində qazanılan hərbi, siyasi, diplomatik qələbə Azərbaycanın gücünə yeni güc qatdı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov deyib: "Ölkəmizin hər bir xarici ölkə, beynəlxalq təşkilatlarla münasibətləri qarşılıqlı maraqlar, prinsipləri əsasında inkişaf edir. Təbii ki, uğurların, qələbələrin təməlində Prezident İlham Əliyevin zəngin təcrübəyə, uzaqgörən müdrik siyasətə, mükəmməl diplomatik biliyə və idarəetmə bacarına malik olması dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda "Euronews" televiziyasına verdiyi müsahibə, keçirdiyi çoxsaylı görüşlər və verdiyi mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən əsas ölkələrdəndir.  Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilat olan Davos Forumunda artıq 12-ci dəfədir ki, iştirak edir. Prezident İlham Əliyev Davos Forumlarında 183 görüş keçirib ki, bunlardan 33-ü bilavasitə dövlət başçıları ilə keçirilən görüşlərdir. Prezident İlham Əliyev 19 hökumət başçısı, 23 baş nazir, nazir və digər hökumət rəsmiləri, 90-dan artıq şirkət rəhbəri, 18 beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirib. Dövlətimizin başçısı 27 dəfə Forumun sessiyalarında iştirak edib, 7 dəfə kütləvi informasiya vasitələrinə müsahibə verib. Bu dəfəki Forumda diqqətlər yenə də Prezident İlham Əliyevə dikilmişdir.  Hökumət və dövlət başçıları, şirkət rəhbərləri, KİV təmsilçiləri Prezident İlham Əliyevlə görüşməyə, müzakirələr aparmağa, müsahibələr almağa can atırdılar. Sadəcə vaxt azlığından hər kəs üçün belə görüşləri reallaşdırmaq mümkün olmamışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31