“Sülh Şurası”nda təmsilçilik də növbəti uğurlu addımlardan biridir- ÖZƏL
18:00 Siyasət"Donald Trampın təşəbbüsü ilə yaradılmış "Sülh Şurası"nın təsisçi üzvlüyü Azərbaycanın qlobal siyasi arenada əhəmiyyətli rol oynayan dövlətlərdən biri kimi qəbul olunmasının əsas göstəricilərindəndir. Prezident İlham Əliyev tərəfindən Davosda "Sülh Şura"sının Nizamnaməsinin imzalanması ilə Azərbaycan sülh quruculuğu sahəsində əsas aktorlardan birinə çevrildi. Azərbaycan postmünaqişə ölkəsi statusundan çıxaraq, öz sülh təcrübəsini dünya ilə bölüşən, sülh ixrac edən ölkə statusu qazandı. Bu, ölkəmizin xarici siyasət və regional geosiyasətdə öz sözünü demiş ölkələrdən biri olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Bu tərəfdaşlıq Azərbaycan-ABŞ münasibətlərində də mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı və Vaşinqton arasında institusional əlaqələrin daha da dərinləşməsində böyük rol oynayacaq. Sülh təcrübəsi olan ölkə kimi ABŞ daxilində Azərbaycana diplomatik etimadın daha da güclənməsinə xidmət edəcək. Regionda sülh prosesinə təsir imkanlarını artıracaq.
Eyni zamanda, mövcud beynəlxalq təşkilatlardan kənar bir modeldə təmsil olunmaq tərəfdaşlarımızın çoxalması imkanı yaradacaq. Artıq ölkəmizin bu təcrübəsi var. Qoşulmama Hərəkatında aktiv rol, sədrlik bir daha göstərdi ki, Azərbaycan klassik modellərdən kənarda da uğurlu siyasət aparır. Bu isə həm siyasi əlaqələrimizin güclənməsi, həm də illərlə dünyada formalaşmış anti-Azərbaycan lobbiçiliyinin qarşısında əlavə güc qazanmaq üçün əsas amillərdən biri olub.
"Sülh Şurası"nda təmsilçilik də növbəti uğurlu addımlardan biridir. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna, onun qlobal dünyada və yeni nizamda öz yerini möhkəmlətməsində əsas faktorlardan biri olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 yanvar 2026-cı ildə bir daha göstərdi ki, Azərbaycan bu gün regional və qlobal miqyasda öz sözünü deyən, milli maraqlarını beynəlxalq hüquq çərçivəsində qətiyyətlə müdafiə edən güclü dövlətdir"