Ermənistanda Azərbaycan yanacağı keyfiyyət standartlarına uyğundur – ÖZƏL
13:15 SiyasətErmənistanda satılan Azərbaycan mənşəli yanacağın keyfiyyəti ilə bağlı hər hansı problem aşkar edilməyib.
Olaylar.az xəbər verir ki, Ermənistanın Bazar Nəzarəti üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan yanvarın 23-də jurnalistlərlə görüşdə bildirib ki, qurumun əsas vəzifəsi metrologiya normalarına əməl olunmasını təmin etməkdir və yanacağın hansı ölkəyə məxsus olmasının onlar üçün heç bir əhəmiyyəti yoxdur.
Onun sözlərinə görə, Azərbaycan partiyasına aid yanacaq Avrasiya İqtisadi İttifaqının texniki reqlamentlərinə tam uyğun olub və keyfiyyət baxımından heç bir problem qeydə alınmayıb.
Kotolyan qeyd edib ki, Təftiş Orqanı Milli Standartlaşdırma və Metrologiya Orqanına sorğu göndərib və oradan bildirilib ki, nümunələr götürülüb, laborator ekspertizalar aparılıb və nəticədə müsbət rəy verilib.
"Biz yanacaqdoldurma məntəqələrini yoxlayarkən satılan yanacağın hansı ölkədən idxal edildiyi barədə məlumat almırıq", - deyə o vurğulayıb.