Azərbaycanın neft və qaz ixrac edən dövlət olması xüsusilə əhəmiyyət kəsb edir- ÖZƏL
08:19 Siyasət"Enerji bazarları ilə bağlı qiymətləndirmələr Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibənin mühüm hissəsini təşkil edir. Neftin qiyməti hazırda sabitdir və bu səviyyə hasilatçılar üçün məqbul hesab olunur. Dünyanın müxtəlif regionlarında baş verən gərginliklərin qiymətlərə ciddi təsir göstərməməsi bazarların nisbətən balanslı vəziyyətdə olduğunu nümayiş etdirir. Bu isə həm istehsalçılar, həm də istehlakçılar üçün gələcəyi planlaşdırmaq baxımından mühüm üstünlükdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Enerji təhlükəsizliyi kontekstində Azərbaycanın Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlət olması xüsusilə əhəmiyyətlidir. Regionun digər dövlətləri uzun illərdir ki, bu resursları məhz ölkəmizdən idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının davamlı şəkildə genişləndirilməsi, 16 ölkəyə təbii qaz ixracı və boru kəməri qazı üzrə coğrafi əhatəyə görə dünya miqyasında lider mövqeyin əldə edilməsi strateji əhəmiyyət kəsb edir. Təbii resurslar, inkişaf etmiş nəqliyyat infrastrukturu və müasir boru kəmərləri Avropa bazarı üçün etibarlı tərəfdaş rolunu möhkəmləndirir"