Rusiyanın təhdid siyasətinin kökündə hansı amillər durur? - ÖZƏL

"Son dövrlərdə  Rusiyanın Azərbaycana qarşı sistemli xarakter alan təhdidi və təzyiq siyasətinin kökündə  rəsmi Bakının  Cənubi Qafqazda  xarici təsirlərdən uzaq  dayanıqlı sülhə, sabitliyə, təhlükəsziliyə və sıx  əməkdaşlıq format  yaradılan bir  coğrafiyaya çevrilməsi istiqamətində yürütdüyü siyasət dayanır. Bunun üçün baş verən hadisələrin xronologiyasına diqqət yetirmək lazımdır". Bunu "Olaylar"a siyasi şərhçi Mürtəza Bünyadlı deyib: " Rusiya da daxil olmaqla bölgədə marağı olan  güclər Ermənistan-Azərbaycan münaqişəsindən istifadə etməklə Cənubi Qafqazda  təsir imkanlaırnı təmin etməyə çalışıb. Lakin  Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində  artıq iki ilə yaxındır ki, İrəvanla Bakı arasında  sülh danışıqları    vasitəçisiz ikitərəfli formatda həyata keçirilir və bu danışıqlarda  tərəflər daha çox irəliləyişlər əldə edib. Artıq sülh mətnindəki bütün müəddəalar üzərində şifahi razılaşma əldə edilib. Sadəcə bölgədə dayanıqlı sülhü, sabitliyi, sıx əməkdşalıq formatının yaranmasını  təmin edən məsələlər üzərində danışıqlar gedir  və bu məsələlərdə də, xüsusən də Ermənistanın konstitusiyasının dəyişdiirlməsi, Zəngəzur dəhlizi  ilə  bağlı məsələdə demək olar ki, mövqelərdə çox ciddi yaxınlaşma mövcuddur. 
 İrəvan artıq dərk etməyə başlayır ki,   Azərbaycanın  yaratdığı reallığı qəbul etmədən və razılaşmadan  Ermənistan nə  üzləşdiyi böhrandan çıxacaq, nə də müstəqil dövlət kimi formalaşmayacaq. Bu da təbii ki, ilk növbədə Rusiya və İranı ciddi  narahat edir. Bilirlər ki, bu iki ölkə öz arasında razılığa gələrsə, onlar bölgədəki bütün təsir imkanlaırndan məhrum olacaqlar. Ona görə də Moskva və Tehran  bölgədə  təsir imkanlarını   təmin etmək üçün hər iki ölkəyə müxtəlif formada  sistemli şəkildə total xarakterli təzyiq və təhdid siyasətini həyata keçirməkdədir. Moskva və Tehran onu da yaxşı anlayır ki, bölgənin ən aparıcı ölkəsi Azərbaycandır  və bu səbəbdən də  hər ötən gün Bakıya qarşı hücumlarını   artırmaqdadırlar. 
Hələ uzun illər öncə  məşhur amerikalı strateq Zbiqnev Bjezenski ölümündən bir müddət əvvəl  ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikrini belə izah edirdi:
"Azərbaycan və Ermənistanın problemi öz xeyrinizə həll eləmək təşəbbüsü Rusiyanın müqavimətinə tuş gələcək. Regionda qəti dominantlığa nail olmaq üçünsə Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır. Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru. 
Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib".
Bjezinski  Ermənistanla bağlı belə bir fikir səsləndirib. "Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez də o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur. Ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür".
Azərbaycanın mövqeyi bəllidir. Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli mövqeyi ortadadır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistə " işğalla barışmayın" fikri təkcə Ukraynaya aid deyildi. Bu əslində  postsovet ölkələrinə və dünyada müstəqillikləri uğrunda neokolonialist siyasət yürüdən  ölkələrə ünvanlanan bir mesaj idi. 
Prezident İlham Əliyev  bununla həm də mesaj verirdi ki, Azərbaycana qarşı da belə  cəhdlər var, amma  bu cəhdlər mənasızdır. Bu cür təhdid və təzyiqlərlər Azərbaycanı yürütdüyü siyasətdən və yoldan döndərmək mümkün deyil. Çünki Azərbaycan İkinci Qarabağ savaşından sonra  nəinki bölgədə, bütövlükdə Avrasiya coğrafiyasında elə bir reallıq yaradıb ki, bu geriyədönməz xarakter alıb.  Azərbaycanın  bu geniş coğrafiyadakı mövqeyi getdikcə daha da  güclənərək ciddi regional oyunçuya çevrilməkdədir. Moskva və Tehran bakının yaratdığı realığa uyğun addıam ataraq bu reallıqlardan faydalanmağa çalışsa daha yaxşı olar. Yoxsa bu Moskva üçün vaxt itkisi  ilə yanaşı, itirən tərəf olacaq. Moskva onu da yaxşı anlamalıdır ki,  üzləşdiyi indiki mövcud vəziyyətdə Azərbaycanla münasibətlərini kəskinləşdirməsi Rusiyanın, deyil onun əleyinə  çıxan, daha da zəifləməsinin tərəfdarı olan qüvvələrin marağındadır.   Onu da xatırlamaq yerinə düşər ki,  havadarlarının  güclü dəstəyinə baxmayaraq Ermənistan da uzun müddət  Azərbaycanla hesablaşmadı, nəticəsi nə oldu?!. Hər şey ortada. 
 Ermənistan parlamentinin deputatı Arsen Torosyan  bir neçə il əvvəl  günümüzün reallığına uyğun gələn belə bir fikir səsləndirib və onu xatırlamaq yerinə düşər:
"30 il əvvəl biz dağılmaqda olan bir imperiyanın aqoniyası zamanı yenə ölümü və müharibəni seçməklə səhvə yol verdik, dırnaqrarası "qalib" olduq və qürurdan kor olduq. 
Bis səhv etdiyimizi etiraf etməliyik. Səhv etdik və 100 ildir və ta indiyədək səhvlərimizi boynumuza almırıq, yerdəki reallığın üzünə baxmaqdan imtina edirik və ölümü seçməyə davam edirik. Bizim obyektiv reallığı rədd edərək, gerçəyi öz şıltaqlığımıza uyğun təhrif edərək, eyni səhvləri təkrar etməyə haqqımız yoxdur".
Aydındır ki, erməni cəmiyyəti və siyasi düşərgəsində bu düşüncə dominant olmayınca, Torosyanın yazdığı kimi, mövcud reallıq qəbul edilməyincə, o vaxta qədər erməni amili böyük güclərin əlində alət kimi, Ermənistan isə blokadada qalmaqda davam edəcək. Demək, erməni xalqının iztirabları da bitməyəcək və o, normal inkişaf yoluna çıxıb rifaha qovuşmayacaq. Moskva da anlamalıdır ki,  nə qədər şovinizm, imperiya siyasətindən əl çəkməyincə normal inkişafa və rifaha qovuşmayacaq, əksinə böhrana və dərin bataqlıqlara sürükləyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31