Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdi
16:04 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail - İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.
Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.
Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31