Vəziyyət gözlənildiyi kimi inkişaf etmədi:Rusiya-Ukrayna qarşıdurması- ÖZƏL
10 İyul 15:33 Siyasət"Hazırda Ukrayna və Rusiya arasında həm ağır silahlarla bağlı mübarizə gedir, həm də informasiya savaşı aparılır."
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Trampın dediyi vacib məqam ondan ibarət idi ki, o, Rusiya prezidenti ilə danışıqlardan əvvəl Ukraynaya silahların verilməsini dayandırmışdı. Çünki lider kimi o istəyirdi ki, Rusiya ilə danışıqlar gərginlikdən uzaq şəraitdə aparılsın. Lakin bu baş vermədi və vəziyyət gözlənildiyi kimi inkişaf etmədi - bunu Victoria Nuland da demişdi.
İndi isə həm "Patriot" sistemləri, həm də digər kalibrli silahlarla bağlı qadağaların aradan qaldırılmasına yönəlmiş addımlar atılacağı görünür. Bu isə artıq Rusiyanı hərbi yolla təzyiqlə təslim olmağa məcbur etmə strategiyasına keçid deməkdir. Lakin bu siyasətin real nəticə verib-verməyəcəyi hələlik məlum deyil."
İbrahim Məmmədli