“Yunus Oğuzun imzası daim tanınan imzalardandır” – Ceyhun Məmmədov
10 İyul 15:22 Siyasət"Yunus Oğuz imzası Azərbaycanda tanınan imzalardan biridir və bu gün də davamlı olaraq Azərbaycan tarixi ilə bağlı əsərləri qələmə alır. O, həm bir yazıçı, həm də publisist kimi Azərbaycan ədəbiyyatına və Azərbaycan tarixinə öz töhfəsini verir".
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Yunus Oğuza təbrikində deyib:
"Yunus Oğuz Azərbaycan mətbuatında özünəməxsus yeri və rolu olan, uzun müddətdir fəaliyyət göstərən "Olaylar" qəzetinin həm təsisçisi, həm də baş redaktorudur. Qəzet uzun illərdir ki, Azərbaycan ictimai-siyasi mühitində özünəməxsus mövqeyi ilə seçilir və bu gün də sözünü deməyə, öz rolunu ifadə etməyə davam edir. Onun qələmə aldığı kitablar tariximizin öyrənilməsi və təbliği baxımından xüsusi önəm və əhəmiyyətə malikdir.
Biz Yunus Oğuzu səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, o, hər zaman öz qələmi ilə cəmiyyətimizin inkişafına, maariflənməsinə və digər vacib məsələlərə öz töhfəsini verməyə davam etsin".