Rusiya ordusu vətəndaşlığı olmayanlarla doldurulur: Məqsəd nədir? - ÖZƏL

Rusiya prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərin Rusiya ordusunda xidmət etməsinə icazə verən yeni qanunu imzalayıb. Bu addım orduda ciddi kadr çatışmazlığının olduğunu və ümumi səfərbərlikdən çəkinildiyini göstərir. Ekspertlər qeyd edir ki, belə bir qərar Moskva və Sankt-Peterburqda etirazlara səbəb ola bilər. 

Bu qanun Rusiyanın daxili siyasi sabitliyi üçün risk yaradırmı?

"Rəsmi Moskvanın vətəndaşlığı olmayan şəxslərin orduya cəlb etməsinin rəsmiləşdirilməsi addımı davam edən müahiribə və geosiyasi gərginlik fonunda Rusiya ordusunu gücləndirmək səylərinin bir hissəsidir. Rusiya bu qərarla Ukraynaya qarşı müharibəsində iştirak etmək üçün müxtəlif ölkələrdən ucuz əcnəbi könüllülərin cəlb edilməsinə yol açır".
Bu fikirləri  siyasi şərhçi  Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib. Siyasi şərhçi qeyd edib ki, əvvəlki muzdlular və məhkumlarla bağlı təcrübələrin səmərəsizliyi Rusiyanı vətəndaşlığı olmayanları cəlb etmək üçün yeni üsullar axtarmağa sövq edir:

"Bu qanun həm də Ukrayna vətəndaşlığından məhrum edilmiş və vətəndaşlığı olmayan şəxslərə də aiddir. 
Avropa ölkərində və Amerikada son zamanlar miqranatlara qarşı sərt qanunlar tətbiq etməsi, bu qanunun Rusiya üçün faydalarını göz özünüə gətirir. Belə ki, xarici vətəndaşlar Rusiyada hərbi xidmətə getmək istəyərsə, onlara da Rusiya vətəndaşları kimi davranılacaq. Nəticədə isə hərbi xidməti başa vuranlar sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı üçün müraciət edə biləcəklər. Rusiya bu qanunla 3 ildən artıqdır davam edən müharibədə yorulmuş və sıralı azalan ordusunundakı itkiləri kompensasiya etməyə çalışır və ümid edir ki, xeyli sayda vətəndaşlığı olmayanlar orduya cəlb olunmaq üçün müraciət edəcəklər. 
Digər bir məqam isə müharibədən yorulmuş Rusiya əhalisinin narazlığıdır ki, bu da Kremli rusların müəyyən qədər səfərbərliyini azaldaraq, ordunu mütəlif yollarla doldurmaq üçün fərqli yollar axtarmağa vadar edir. Savaşın qeyri-müəyyən vaxta qədər davam etməsi və uzanması ruslar arasında narazlığa və etirazlara səbəb ola bilməsi ehtimalları, üstəlik yeni səfərbərliklərə olan ehtiyac da xaricilərin orduya cəlbini zərurətə çevirən məqamlardandır.  
Məlumdur ki, Rusiyanın savaşa məhkumları, başqa ölkələrdən muzdluları, işğal olunmuş ərazilərin sakinlərini cəlb etmək təcrübəsi var. Görünür ki, əvvəlki təcrübələr effektiv və səmərəli olmadığı üçün Rusiya yeni yollar axtarışındadır. Bu səbəbdən də iş vədlərindən tutmuş, vizanın sadələşdirilməsi məsələlərinə qədər Rusiya həssas qrupa aid insanları Ukraynaya qarşı döyüşmək üçün işə götürən və istismar edən mürəkkəb sistemdən istifadə edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31