Qarabağ və Şərqi Zəngəzurun potensialı xarici mediada təbliğ olunub
14:27 SiyasətXəbər verildiyi kimi, "Yeni Həyat-İqtisadi İnkişaf" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə "Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadə" layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Polşa, Özbəkistan, Pakistan və Türkiyə KİV-lərində yazılar dərc olunub. Yazılarda Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın strateji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən ərazilər olduğu vurğulanıb. Bildirilib ki, 2020-ci il Vətən müharibəsində bu bölgələri Azərbaycan işğaldan azad edib. Və artıq Azərbaycan dövlətinin burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verdiyi xatırlanıb.
Məqalələrdə Qarabağ və Şərqi Zəngəzurda xarici şirkətlər üçün investisiya imkanlarıının yaradılmasından bəhs olunub. Həmçinin məqalələrdə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan-Türkiyə qardaşlığının iqtisadi təzahürü xüsusi olaraq qeyd olunub.