Zatulin: “Rusiyalılar üçün Azərbaycanda olmaq artıq təhlükəlidir” – ÖZƏL
14:42 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Lenta.ruya açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı gərginliyin gələcək inkişafı tərəflər arasındakı danışıqlardan asılı olacaq. Onun sözlərinə görə, vəziyyətin daha da pisləşməsi də istisna edilmir.
"Azərbaycanın Rusiya vətəndaşlarını saxlaması və həbsi ilə bağlı atdığı addımlar qarşılıqlı niyyətlərdən asılı olaraq inkişaf edəcək. Amma Bakının hazırkı davranışlarını nəzərə alaraq düşünürəm ki, Rusiya vətəndaşlarının bu ölkəyə turizm, iş və ya digər məqsədlərlə səfəri artıq təhlükəlidir", - deyə Zatulin bildirib.
Deputat əlavə edib ki, hazırda vəziyyətin daha da gərginləşməsi və ya əksinə, dondurulması diplomatik səylərdən asılı olacaq. "Bakı təqsirsiz Rusiya vətəndaşlarını - nə təyyarə qəzasına, nə də azərbaycanlı kriminal avtoritetlərin həbslərinə aidiyyəti olmayan şəxsləri həbs etməkdən vaz keçməsə, Moskvanın yeganə addımı vətəndaşlara Azərbaycana səfər etməməyi tövsiyə etmək olacaq", - deyə Zatulin vurğulayıb.