Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

Olaylar xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31