Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında səmərəli körpüyə çevrilir- ÖZƏL
16:06 Siyasət"Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geostrateji əhəmiyyət daşıyan nəqliyyat-logistika sektorunda da ciddi potensiala malikdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Xəzərdən Azərbaycana, oradan isə Qərbə doğru uzanan Orta Dəhlizin səmərəli istismarı üçün ölkəmiz böyük nəqliyyat infrastrukturu potensialına malikdir. Bu da Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında təhlükəsiz və səmərəli körpüyə çevirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Sosial-iqtisadi əməkdaşlıq və qarşılıqlı dəstək də iki ölkə arasında münasibətlərə təkan verən amillərdəndir. İdman, təhsil, kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı təcrübə və dəstək Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindəndir. Ölkə rəhbəri qeyd etdi ki, Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir. Öz adından və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik edən Prezident İlham Əliyev qeyd etdi ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir. Prezident İlham Əliyev öz bəyanatında Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsində təcrübəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın ölkəmiz üçün faydalı nəticələr verdiyini vurğuladı. Bu, kənd təsərrüfatı sahəsində həm bilik mübadiləsini, həm də texnoloji tərəfdaşlığı gücləndirəcək".