Prezident İlham Əliyev: Ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur
13:52 SiyasətBizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Olaylar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı bildirib: "Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz göstəriciyə görə dünyada ön sıralardayıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31