"Azərbaycan diasporlarının fəaliyyəti yoxlanılsın" - Sergey Mironovdan Rusiya baş prokuroruna müraciət

"Ədalətli Rusiya - Həqiqət uğrunda" (ƏRHU) partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların yoxlanılması tələbi ilə müraciət göndərib. Bu barədə Rusiya KİV-ləri xəbər verir. "Sizdən Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm", - müraciətdə deyilir.
S.Mironov xüsusilə "Sadovod" və "Fud Siti" ticarət komplekslərinin fəaliyyətinin qanunlara uyğunluğunun yoxlanılmasının zəruriliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31