İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:16 Siyasətİran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31