Ermənistanda Paşinyan və kilsə arasında gərginlik: Rusiya nüfuzu və hakimiyyətin gələcəyi təhdid altında - ÖZƏL

Ermənistan hökuməti ilə kilsə arasında yaranan bu gərginlik dövlət-din münasibətlərində hansı institusional dəyişikliklərin siqnalıdır?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. 

"Ermənistanda kilsə və hakimiyyət arasında gərginliklər getdikcə güclənir və bütün proseslər kilsənin Nikol Paşinyanı tənqid etməsi və bir sıra şəxslərin kilisəni müdafiə etməsi fonunda daha da artıb. Xüsusilə, Erməni Apostol kilisəsinin rəhbərinin istefasını tələb edən baş nazir Nikol Paşinyan ciddi müzakirələrə və səs-küyə səbəb oldu.
Xüsusilə, Samvel Karapetyanın erməni kilisəsini müdafiə etməsi yeni bir prosesi alovlandırdı və burada qeyd etmək lazımdır ki, Karapetyanın Rusiyayla bağlılığı, Rusiyadan dəstək alması və Rusiyanın Karapetyanı geniş şəkildə dəstəkləməsi yeni bir böhran dalğasını yaratdı. Eyni zamanda Nikol Paşinyan da görünür ki, öz israrından, qəti fikrindən geri dönmək istəmir.
Çünki Paşinyan anlayır ki, kilsənin arxasında Rusiya dayanır və ayrı-ayrı qüvvələr Rusiya tərəfindən idarə olunur. Əvvəlki proseslərdə də oxşar hadisələr baş vermişdi və bu, Ermənistanda siyasi elita, xüsusilə baş nazir Paşinyan üçün böyük təhdidlər yaradır.
Bu təhdidləri neytrallaşdırmaq üçün həm kilsəni, həm də kilsəni müdafiə edən şəxsləri təqib etmək, onları həbs etmək və müxtəlif cinayət işləri qaldırmaq lazımdır. Çünki əks halda kilsə qalib gələ və nəticədə Nikol Paşinyan hakimiyyəti itirə bilər.
Belə çətin bir durumda ayrı-ayrı qüvvələr dindarların həssaslığından istifadə edərək müxtəlif məkrli niyyətlər formalaşdırır və məqsəd olaraq hakimiyyətə gəlmək fikrini irəli sürürlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31