Xankəndidə beynəlxalq zirvə: Azərbaycanın ərazi bütövlüyünün növbəti təsdiqi- ÖZƏL

3-4 iyulda Xankəndidə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçiriləcək. Əsas mövzu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlıqdır. Bu məqam Qarabağda aparılan bərpa işləri, yaşıl enerji və "ağıllı şəhər" layihələri ilə üst-üstə düşür. 

"Azərbaycan çox önəmli tədbirlərə, fəaliyyətlərə və işlərə imza atır - yerli, regional və qlobal səviyyədə". 

Bu fikirləri Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib. Siyasi şərhçi qeyd edib ki, bu tədbir, Azərbaycanın ərazi bütövlüyünün tanınması yolunda böyük uğurdur:

"Bu toplantıların, tədbirlərin, fəaliyyətlərin keçirilməsi  yalnız Bakı ilə də məhdudlaşmır. Eyni zamanda regionlarda da biz bu cür çalışmalara şahid oluruq. İşğaldan azad olunan ərazilərimizdə, məsələn, Şuşada və ətraf bölgələrdə belə tədbirlərin keçirilirdi. İndi isə Xankəndi də artıq bu cür mühtəşəm fəaliyyətlərin, çalışmaların, beynəlxalq toplantıların məkanına çevrilməkdədir.
Növbəti beynəlxalq tədbirə ev sahibliyi etməsi, xüsusilə də Azərbaycanın Xankəndidə bu tədbiri keçirməsi ölkəmiz adına çox böyük bir uğurdur. Bu, böyük bir fəaliyyətdir, nəhəng bir çalışmadır. Hesab edirəm ki, bu, Qarabağın yeni formatda - yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdılması baxımından çox önəmlidir. Xankəndi şəhərinin  öz sahiblərinə - Azərbaycana qaytarıldıqdan sonra belə bir tədbirə ev sahibliyi etməsi olduqca əlamətdar bir hadisədir.
Buradan verilən mesajlar hesab edirəm ki, daha da önəmlidir. Bu, həm də ərazilərimizin, haqq işimizin, işğaldan azad olunan ərazilərimizdə görülən işlərin tanıdılması, haqq mübarizəmizin beynəlxalq aləmdə çatdırılması və dünyanın diqqətinin bu bölgəyə yönəldilməsi baxımından çox uğurlu bir fəaliyyətdir. Çox mükəmməl bir çalışmadır. Beynəlxalq bir fəaliyyətdir və hesab edirəm ki, bu məsələlər Azərbaycanın dövlət olaraq gələcəyi, onun beynəlxalq nüfuzu baxımından çox böyük əhəmiyyət daşıyır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31