Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib
14:27 SiyasətÖlkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31