Rusiya Azərbaycanla münasibətlərin tam korlanmasından çəkinəcək - ÖZƏL
10:31 Siyasət"Rusiyanın Azərbaycana qarşı üç əsrə yaxın davam edən qatı düşmənçilik siyasətinin artıq şüuraltı düşüncə tərzinə çevrildiyi şübhə doğurmur. Azərbaycan faktiki erməni-rus tandemi üzərində möhtəşəm qələbə qazanıb, öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən və "rus sülhməramlıları"ını ərazisindən çıxardıqdan sonra, Rusiya ölkəmizə qarşı real təzyiq imkanlarından məhrum olub. Kremlin Azərbaycana qarşı bütün təxribatları, əməliyyatları və planları da əhəmiyyətsiz hala gətirildikdən sonra, Rusiyan əlində qalan tək miqrant kartından Azərbaycana təsir edəcəyinə ümüd edirdi. Ancaq, prezident Putinin əmri ilə gücləndirilən Rusiyanın Azərbaycana qarşı təzyiq cəhdi əks reaksiya ilə özünü çıxılmaz vəziyyətə saldı". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Tam əksinə olaraq, Azərbaycanın Rusiyaya adekvat və daha da təsirli cavab tədbirləri, onun Azərbaycan qarşısında daha da acizliyini, çarəsizliyini ortaya çıxartdı. Həm də, Azərbaycan nümunəsi digər sovet respublikalarının da Rusiyanın əməllərinə oxşar cavab verəcəyinə zəmin yaratdı. Bu da Rusiyanın postsovet ərazisində nüfuzunun aşağı düşməsini daha da sürətləndirəcək.
Yekaterinburqda Azərbaycan diaspor sədri Şahin Şıxlinski və Lükoyl əməkdaşlarının azad edilməsi əslində, Azərbaycanın Rusiyaya daha da sərt cavab verməsinin nəticəsidir. Rusiya rəhbərliyi Azərbaycanın hər bir təhdidə, təzyiqə daha da kəskin cavabın mümkünlüyünü anladıqdan sonra kütləvi həbs edilmiş etnik azərbaycanlıların bir qismini azad etməsini təmin etdi. Rəsmi Moskvanın Azərbaycanla mübahisədən siyasi-diplomatik və iqtisadi baxımdan məğlub çıxacağı qənaəti normallaşdırma istəyinə bağlıdır. Əslində isə, Rusiya Azərbaycan dövlətinin qətiyyəti və siyasi iradəsi qarşısında hesablaşmaq məcburiyyətinə düşdü. Çünki, Rusiya ancaq "güc dilini" anlayır".
Rusiyanın Azərbaycana iqtisadi təsir imkanlarından danışan ekspert qeyd edib ki, əslində Azərbaycanın Rusiyaya iqtisadi təsir imkanları daha çoxdur və təsirlidir: "Rəsmi atatistik məlumatlarına görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,37 milyard dolları keçib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% artım deməkdir. Azərbaycanın Rusiyaya ixracı 1.08 milyard dollar təşkil edib, Rusiyadan isə Azərbaycana idxal artıb. Yanvar-iyul ayları ərzində ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları olub. Bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9.57%-ni təşkil edir. Demək, Rusiyanın Azərbaycandan iqtisadi asılılığı var, Azərbaycanın yox. Xüsusən də, Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar fonunda Azərbaycanın Rusiya üçün önəmi daha çoxdur. Bu iqtisadi imkanlar Rusiyanı Azərbaycan və Türkiyədən bərk yapışmağı şərtləndirir.
Ən əsas məqamlardan biri də, Rusiyaya beynəlxalq siyasi-diplomatik təzyiqlərdə Azərbaycan və Türkiyənin adekvat və rasional mövqeyidir ki, bu da Rusiyanın ayaq üstə durmaq və manevr imkanını genişləndirir. Azərbaycanla münasibətlərin korlanması, Rusiya üçün nəfəslik rolunu oynayan Türiyənin də bu ölkədən üz döndərməsinə gətirib çıxara bilər.
Azərbaycanda təkcə 340 - a yaxın rusdilli tədris müəssisələri var, hansı ki, rus dilinin yayılması və siyasi məqsədlər üçün istifadəsinə Rusiyaya geniş imkanlar verir. Azərbaycanın növbəti addımı belə məktəblərin profilinin dəyişdirilməsi ola bilər. Halbuki, Rusiya bütün imkanlarla məktəblərin bağlanmaması üçün Azərbaycanla mübahisədən geri çəkilməyə məcburdur.
Digər tərəfdən, Rusiyada yaşayan əksər etnik azərbaycanlılar rus vətəndaşlarıdır və onların ölkədən kütləvi çıxarılması konstitusiya ilə mümkün deyil. Sözsüz ki, Rusiya Azərbaycanla münasibətlərin tam korlanmasından çəkinəcək, ancaq bu onun Azərbaycana qarşı düşmənçilik düşüncə tərzinin dəyişməsi demək deyil".
Nurlan