Azərbaycan polisi Vətənə sədaqət və qanunun aliliyini daim uca tutur- ÖZƏL

"Bu gün - 2 İyul tarixində Azərbaycan Polis Orqanlarının yaradılmasının ildönümünü qeyd edirik. Xalqımızın təhlükəsizliyinin və əmin-amanlığının keşiyində dayanan, qanunçuluğun, hüquq və azadlıqların qorunmasına böyük töhfə verən bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Ulu Öndər Heydər Əliyevin hüquq-mühafizə orqanlarının gücləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin müasir tələblər səviyyəsində inkişafına zəmin yaratmışdır. Bu gün isə onun siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarımız dövlətçiliyimizin və sabitliyimizin əsas dayaqlarından biri olaraq xalqımıza ləyaqətlə xidmət edirlər. Azərbaycan Polisi Vətənə sədaqət, qanunun aliliyi və vətəndaşa xidmət prinsipini daim uca tutur. Böyük fədakarlıq və peşəkarlıq nümunəsi göstərən, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş polis şəhidlərimizin xatirəsi isə hər zaman qəlbimizdə yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31