Azərbaycana bu şəkildə təzyiqlə nəyəsə nail olmaq mümkün deyil- ÖZƏL
2 İyul 10:41 Siyasət"Putin demarş edir, amma başa düşmək istəmir ki, bu dəfə daş qayaya rast gəlib. Azərbaycan onun üçün elə Azərbaycandır. Qalib dövlət, qalib Prezident və bir yumruq kimi birləşmiş Azərbaycan XALQI! Bu təzyiqlər, şovinizm hərəkətləri, hitlerçilik ancaq Putin Rusiyasına zərər vuracaq. Bütün tərəflərdən blokadada olduğu bir zamanda Azərbaycan onun üçün nəfəslik idi. İndi o da bağlanır və imperiya burulğanında boğulacaq". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Rafail Becanov deyib: "Rusiyanın və şəxsən Putinin bu etdikləri sonuncu aşağılıqdır. Bu təzyiqlərlə heç nəyə nail ola bilməyəcəklərini bilsələr də, hələ davam edirlər.
Azərbaycan müasir dövrün hərb və diplomatiya tarixini yazan ölkədir. Birlik, həmrəylik hökm sürən bir ölkəyə bu şəkildə təzyiqlə nəyəsə nail olmaq mümkün deyil.Təbii ki, kimsə Rusiya ilə müharibədən danışmır. Amma Rusiya bu addımlarla Azərbaycanın geri çəkiləcəyini gözləyirsə, bütün hesablamalarda olduğu kimi bu dəfə də səhv edirlər. Daxildəki "5-ci kolon"dan əli üzüldükdən, Ermənistan vasitəsi ilə təzyiq aləti əllərindən çıxandan sonra casus şəbəkələri və bu formada anti-insani, qəddar və etnik təmizləmə üsulu ilə hücuma keçiblər.
Üstəlik həyasızcasına da həyata keçirdikləri həbsləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla yayırlar. Yekatrinburqdakı diaspora rəhbərimiz Şahin Şıxlinskinin həbs olunduğunu da bu üsulla tirajlayırlar. Xüsusi əməliiyatı keçirən özləri, xəbəri bizə istinadla yayırlar. Bu, Rusiya həyasızlığıdır..."