Şimaldan və cənubdan iki od arasındayıq- ÖZƏL
2 İyul 10:20 Siyasət"44 günlük Vətən Müharibəsində hər bir vətəndaşımız, bütün Dünya Azərbaycanlıları Azərbaycanımızın, dövlətçiliyimizin və ölkə rəhbərinin ətrafında necə sıx birləşmişdisə, bu gün də eyni vəziyyətdir". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Belə bir vəziyyətdə hər hansı bir çatlaq səs Azərbaycanın dövlətçiliyinə qarşı çıxmış səsdir! Bizi Ermənistanla, Ermənistanı bizimlə toqquşdurmaq istədilər, alınmadı. Hər iki dövlətdə daxili təxribatlara əl atdılar, alınmadı. İsterikaya düşüb açıq-aşkar meydan oxudular, amma özlərinin xislətlərini ortaya qoydular. Şimaldan və cənubdan iki od arasındayıq."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31