Azərbaycan və Özbəkistan prezidentləri arasında şəxsi etimad əlaqələri daha da genişləndirir
15:21 Siyasət"Azərbaycan və Özbəkistan prezidentləri arasında şəxsi etimad münasibətləri, onların mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələri daha da genişləndirir". "Olaylar" xəbər verir ki, bu fikri bu gün Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun açılış mərasimində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib: "Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu gün iki ölkənin liderləri - Prezident İlham Əliyevin və Prezident ŞavkatMirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında da əlaqələr daha da dərinləşib. Ölkə başçılarımız mövcud güclü siyasi və iqtisadi potensialı məqsədyönlü şəkildə xalqlarımızın, ölkələrimizin, hətta bütövlükdə bütün regionun ümumi inkişafına və gələcək firavanlığına yönəldirlər.
Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini söyləyən spiker Sahibə Qafarova xatırladıb ki, Prezident İlham Əliyevin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə ölkələrimiz rəsmən müttəfiq olublar. O, Prezident İlham Əliyevin bugün Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun, Xəzər dənizinin vahid geosiyasi regiona çevrilməsi və regionlarımızda gedən müsbət proseslərin Özbəkistan və Azərbaycan arasında səmərəli əməkdaşlıqdan daha çox asılı olması haqqında fikirlərini xatırladaraq, əlavə edib ki, ötən ilin oktyabrında Azərbaycan parlamenti müttəfiqlik müqaviləsini yekdilliklə ratifikasiya edib".
Spiker həmçinin deyib ki, regional və beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür və bu, beynəlxalq strukturlarda daim qarşılıqlı dəstəkdə öz əksini tapır.