Sahibə Qafarova: “Bu forum ölkələrimiz arasında qardaşlıq münasibətlərini nümayiş etdirir”

"Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu parlamentlərimiz üçün çox əlamətdar bir hadisədir". "Olaylar" xəbər verir ki, bunu Özbəkistanın Xivə şəhərində birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt təkcə parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyil, həm də ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir.
Milli Məclisin sədri bu forumun səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə, aparılan müzakirələrin parlamentlərarası əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verəcəyinə inamına ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31