Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir- ÖZƏL

"Hazırda enerji potensialının artırılması hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Bu gün regionda və qlobal miqyasda baş verən təhdidlər, yaranan gərginliklər digər sahələr kimi enerji sektoru üçün də mühüm çağırışlar yaradır. Amma Azərbaycan özünün stabil siyasi xəttinə sadiq qalaraq regional və qlobal miqyasda etibarlı dövlət kimi sabit enerji təchizatçısı mövqeyini də qoruyub saxlayır. Reallıq odur ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Avropa İttifaqı tərəfindən haqlı olaraq Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırılır. Azərbaycan qazı 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Bununla yanaşı qaz təchizatının coğrafi əhatə dairəsinin genişlənəcəyi də gözlənilir. Sözsüz ki, hazırda və dünyada gedən müharibələr fonunda bütün sahələr üçün açıq təhdidlər yaranır. Azərbaycan bu müharibələrin ağır nəticələrini yaşamış bir ölkədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31