Rusiya Ermənistanda siyasi hakimiyyətə təsir edə bilməyəcək- ÖZƏL
12:57 Siyasət"Rusiya əl-qolunu çırmalayıb Ermənistanda Kilsənin vasitəsilə Nikol Paşinyanı devirmək istəyir. Bununla müxalifəti hakimiyyətə gətirib Qarabağ məsələsini gündəmə daşımağı planlaşdırır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Nikol Paşinyan Rusiyanın Ermənistanda dövlət çevrilişinin cəhdlərini qarşısını alır. Artıq Sergey Lavrov hakimiyyətin Kilsəyə qarşı repressiya həyata keçirdiyini qeyd edib. Göründüyü kimi, Kreml Ermənistanda Nikol Paşinyanın Kilsəni neytrallaşdırmağından narahatdır.
Təbii ki, Nikol Paşinyanın nə qədər ölkəsi üçün obyektiv bir iş gördüyü ortadadır. Ermənistan Apostol Kilsəsi Rusiyanın 19-ci əsrdən təsir agentura şəbəkəsi olaraq bu günə kimi fəaliyyət göstərir. Məhz bu kilsə Azərbaycana qarşı düşmənçiliyin əsas ideoloji və hərbi bazasıdır. Rusiya Ermənistanda siyasi hakimiyyətə təsir edə bilməyəcək. Azərbaycanla da hazırkı proseslər çox ciddi böhrana yuvarlanıb. Rusiya Azərbaycanı öz orbitində almaq və Ermənistana təzyiq etmək istəyir".