Azərbaycanlılar üçün yeni təhlükə – Ya ölkədən çıxmayın, ya da…
10:07 SiyasətYayda bir çox vətəndaşlar xarici ölkələrə səyahət etməyi planlaşdırsa da, dünyada baş verən xoşagəlməz hadisələr tərəddüdə səbəb olub. Türkiyədə meşə yanğınlarının yenidən başlaması, Rusiyada yaşanan Yekaterinburq hadisələri, eləcə də İsrail-İran münaqişəsinə görə ABŞ, Qətər kimi ölkələrin də risk altında qalması narahatlıq yaradıb.
Belə qeyri-sabit vəziyyətdə Azərbaycandan kənara çıxmaq nə dərəcədə məntiqlidir? Hazırkı geosiyasi durumu nəzərə alaraq, vətəndaşlara bu yay xarici ölkələrə səyahət etmək tövsiyə edilirmi?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadədeyib ki, dünyanın sürətlə sülhdən uzaqlaşması, münaqişə və müharibələrin artması səyahət etmək istəyənlər üçün təhlükə yaradır:
"Keçən ilin sonlarında ölkəmizə məxsus mülki təyyarə Rusiya səmalarında raketlə vuruldu, 38 nəfər həlak oldu. Ukrayna müharibəsində uzaqmənzilli raketlərdən və dronlardan istifadə belə bir halın yenidən yaranması ehtimalını daha da artırır. Son zamanlar Yaxın Şərqdə gərginliyin şiddətlənməsi, İran və İsrailin biri-birinə qarşı min kilometrləri keçən silahlardan yararlanması bəzi ölkələrin hava səmasının bağlanması ilə nəticələnmişdi. Bütün bunlar hava və su vasitələri ilə səyahətə getmək istəyənlərdə qorxu və risk yaradır".