Türkiyə və Pakistanın rəhbərləri Bakıya gəlirlər
30 İyun 20:17 SiyasətPakistanın Baş naziri Şahbaz Şərifin iyulun 3-də iki günlük rəsmi səfərlə Azərbaycana gəlməsi planlaşdırılır, - bu barədə Pakistan mediası yazır.Bildirilir ki, Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.
Mənbələrin məlumatına görə, səfər çərçivəsində qarşılıqlı əməkdaşlığa dair bir neçə sazişin və qarşılıqlı anlayış haqqında memorandumların imzalanması nəzərdə tutulur.
Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfər edəcəyi gözlənilir.
Türkiyə mediasının yazdığına görə, Ərdoğanın səfəri iyulun 4-nə planlaşdırılıb və səfərin məqsədi İƏT sammitində və digər tədbirlərdə iştirakdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31