Azərbaycan Rusiyaya etiraz olaraq Overçukun səfərini ləğv etdi

Olaylar.az xəbər verir ki, Rusiyanın baş nazir müavini Aleksey Overçukun Azərbaycana planlaşdırılan rəsmi səfəri son anda ləğv edilib. Qərarın, Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən təhlükəsizlik əməliyyatı zamanı baş verən şiddət olaylarına etiraz olaraq verildiyi bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən reyddə azərbaycanlı mülki vətəndaşların hədəf alınmasını "qəbuledilməz" adlandırıblar. İddialara görə, əməliyyat zamanı bir neçə nəfər həyatını itirib, bəziləri isə ciddi şəkildə döyülüb.

Rəsmi Bakı məsələ tam şəkildə aydınlaşdırılmadan Rusiyadan heç bir yüksək rütbəli rəsmini qəbul etməyəcəyini bəyan edib. Overçukun səfərinin ləğvi iki ölkə arasında münasibətlərdə yeni bir gərginlik mərhələsi kimi qiymətləndirilir.

İndi diqqətlər Kremlin bu hadisəyə necə reaksiya verəcəyinə yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31