Putin və Əliyev müzakirə aparacaq?- Peskovdan AÇIQLAMA

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.

Olaylar.az 
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib. 

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.

D.Peskov həmçinin Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31