Bacarmayacaqsınız!!! Bizim yolumuz ZƏNGƏZURADIR!!!- Cavid İsmayıl ÖZƏL
13:13 Siyasət"İrticaçı rus imperiyasının əsrlərə dayanan qanlı cinayət(lər) təcrübəsi var, tarixi məqam yaranan kimi qanlı xislət özünü biruzə verir. Qatı islam-türk düşməni olan rus şovinizminin müasir davamçısı olan Rusiyanın rəhbəri Putin də öz dədə-baba kökünə sadiqdir. " Olaylar.az xəbər verir ki, bu fikirləri Turan Araşdırma Mərkəzi ib-nin sədri Cavid İsmayıl öz feysbuk hesabında yazıb:"Cənab Putin, çox yaxşı bilirsiniz ki, indiki Azərbaycan 80-ci illərin sonunda Azadlıq meydanında qırdırdığınız, 1990-cı ilin yanvarında əliyalın xalqı tanklar altında əzdiyiniz, 1992-ci ildə Xocalıda soyqırım törətdiyiniz və s. Azərbaycan deyil.
Cənab Putin, dədələrimizin yaxşı bir deyimini sizə xatırladım, "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar".
Doğrudur, qadın, uşaq, yaşlı qanı tökməkdə mahirsiniz. Bəli, sərnişin təyyarəmizi vura bilərsiz, insanlarımızı qətlə yetirə bilərsiniz, lakin anlayın və ümummilli lider Heydər Əliyevin sözlərini də heç unutmayın, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir".
Eyni zamanda dədə kökə bağlı olan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz" sözlərini də əminəm ki, nəinki unutmamısınız, heç həzm də edə bilmirisiniz, lakin xatırlatmaqda bir daha fayda olduğunu düşündüm.
Bir sözlə, bacarmayacaqsınız!!! Bizim yolumuz ZƏNGƏZURADIR!!!