Bu bizik ???

Baba Allahnəzərov

Məncə Rusiyada yaşayan azərbaycanlıların bu ölkəni tərk etməsinə yox, dövlət səviyyəsində təşkilatlandırmaq lazımdır və lazım idi. Necə ki, Putin hər rusun ayağı dəydiyi yeri Rusiyanın hesab edir, Azərbaycan dövləti üçün də onun hər bir vətəndaşı onun təsir mexanizmi olmaqla bir bayraq olmalıdır və onlar da özlərini Azərbaycan bayrağı kimi hiss etməlidirlər.

Artıq ox yaydan çıxıb! Rusiya tərəfindən Azərbaycana qarşı siyasəti immiqrant siyasət deyil. Bu dövlət terrorudur ! Bu siyasət yaxın gələcəkdə Orta Asiya türk respublikalarına qarşı da aparılacaq. Ona görə də Türk Dövlətlər Birliyi çərçivəsində Rusiyaya qarşı müştərək siyasət aparılmalıdır. Bu çox vacibdir!

Faciə ilə baş vermiş hadisələrə görə isə Azərbaycanın bu sahə ilə məsul olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və sədri Fuad Rauf oğlu Muradovun hesabatı dinlənilməlidir. Ümumiyyətlə, Rusiyada konsulluq və səfirliklərin işləri yarıtmazdır və yox dərəcəsindədir. Azərbaycanın Rusiyada fəaliyyət göstərən QHT -lər və təşkilatların işi görünmür və belə görünür ki, onların işi elə azərbaycanlıların hesabına pul qazanmaq olub.

İllərdir ki, hər dəfə belə acı mənzərələrə şahidlik edirik.

Bu günə qədər Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR)  bəyanatını eşitmədik.

AZERROS-Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti- Rusiya Federasiyasında fəaliyyət göstərən digər nüfuzlu Azərbaycan diaspor təşkilatının da həmçinin.

"Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyətinin ocağını kimin söndürdüyünü bilə bilmədik.

Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatından isə danışmağa dəyməz. Yəqin vaxt gələcək bu təşkilatla HMO ciddi məşğul olacaq.

ÜmumRusiya Azərbaycan Konqresi- "Azərbaycan" Cəmiyyəti, "Nizami" Cəmiyyəti, "Azəri-Dərbənd", "Odlar Yurdu" cəmiyyətləri və s. Azərbaycanda 1 sədrdən ibarət partiyalara oxşayır və fəaliyyətləri yoxdur.

Xatırladım ki, Rusiya Federasiyasında 2,5 milyondan artıq azərbaycanlı yaşayır ki, onlar da bu ölkənin 89 subyektində məskunlaşıblar.

Belə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31