Rusiya Cənubi Qafqazda sonuncu tərəfdaşını da itirə bilər- ÖZƏL

"Görəsən, Kremldə bu sualı verənlər varmı, çətin zamanlarda belə Cənubi Qafqazda normal münasibətlərdə olduqları sonuncu tərəfdaşı da itirməklə nəyə nail olmaq istəyirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Rusiya Prezidenti Ermənistanın Roma statutunu təsdiq etməklə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabe olduqdan sonra, yəni, 2024-cü il fevralın 1-dən İrəvana səfər edə bilmir. Tiflisə yol isə 2008-ci ildə Gürcüstanın suveren ərazilərinin 20 faizinin işğalından sonra bağlanıb. İnanmaq istərdik ki, Rusiya siyasi elitasında Bakını da itirməmək və normal qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan qüvvələr qalmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31